“Yeşilcam”ın “pis adamı” vəfat etdi – FOTO

Mədəniyyət


Türkiyə kinosunda canlandırdığı mənfi obrazlarla tanınan Hikmət Taşdemir 82 yaşında dünyasını dəyişib.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi xəbər yayıb.

Bildirilir ki, “Yeşilcam”ın “pis adamı” bir müddət müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1942-ci ildə Ərzurumda anadan olan Hikmet Taşdemir gənclik illərini fabrik və xəstəxana işçisi kimi keçirib. Onun film karyerası 1971-ci ildə rejissor və ssenarist Yılmaz Güneylə tanış olduqdan sonra başlayıb.

Taşdemir karyerası boyunca 100-dən çox filmdə rol alıb. Ancaq onun ən yaddaqalan obrazları “Korkusuz korkak” filmində “qəddar Kərim”, “Umudumuz Şaban” filmində “Mardinli Arif” və “Tatar Ramazan” filmində “Cıbıl Halil” rolları olub. O, sonuncu dəfə “Arka Sokaklar” serialında çəkilib.

Mənbə: Milliyet

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir