Heydər Əliyev Mərkəzində Yaponiyanın 700 il tarixi olan “No” teatrı üzrə ixtisaslaşan Hoşo Teatr Məktəbi tərəfindən “Noh Opera” tamaşası təqdim ediləcək.
Oxu.Az xəbər verir ki, İpək Yolu vasitəsilə mədəniyyətlərin qarşılıqlı təsiri sayəsində formalaşan “No” qeyri-adi sənət növü kimi populyardır və bütün dünyada ifa edilir. Bu teatr hazırda dünyanın ənənəvi və qədim mədəniyyətlərinə bağlı olan yeganə incəsənət növü hesab olunur və YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. “No” incəsənət növü insanlara mənəvi rahatlığı, sağlam və xoşbəxt həyat tərzini təlqin edir.
“Noh Opera”da müxtəlif musiqi alətlərinin müşayiəti ilə rəqs ifa olunacaq, həmçinin xoşbəxtlik ilahəsinə dualar oxunması ilə əsl xoşbəxtliyin sirrinin açılmasından, “ilahi qılınc” olan katananın düzəldilməsindən bəhs ediləcək. Ənənəvi nağıllar əsasında qurulan tamaşada alov atributu Yaponiya və Azərbaycanın dostluğunu simvolizə edir.
www.RIA24.az