“Azərbaycan xalqı dövlətini dünyada söz sahibi edən liderini seçdi”.
“Report” xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı deyib.
“Azərbaycan xalqı öz rəhbərini seçdi. Ölkəmiz hərbi siyasi, iqtisadi cəhətdən çox inkişaf edib. İşğalda olan torpaqlar İlham Əliyevin rəhbərliyi altında azad edilib. Bu günə qədər bütün seçkilərdə iştirak etmişəm. Bu gün keçirilən seçki dünyaya mesajdır. Biz öz iradəmizin sahibiyik və öz rəhbərimizi seçirik. Bu gün dünyanın hər hansı bir ölkəsində yaşamasına baxmayaraq, hər bir azərbaycanlının bayramıdır. İlham Əliyev deyirdi ki, hər bir azərbaycanlının Prezidenti olacaq və oldu”.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilib. Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.
www.RIA24.az