“Xəyanətə görə çox ağır depressiya xəstəliyi keçirdim. Altı ay heç bir yerə çıxmadım”.
Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində Əməkdar artist Mehriban Xanlarova deyib.
O, keçirdiyi ağır günlərdən danışarkən qeyd edib ki, həyat yoldaşı ona başqasını sevdiyini söyləyib.
“Mən həyat yoldaşına qiymət verən insan olmuşam. Teatra gedib rolumu da oynayırdım, qayıdıb yemək də bişirirdim ki, ac qalmasın. Səhərlər isə ayaqqabısını silib təmizləyirdim”.
www.RIA24.az