Anar Ağakişiyevə yüksək vəzifə verildi

Mədəniyyət


Tanınmış stilist Anar Ağakişiyev bundan sonra “Kanal S” televiziyasının baş direktorunun yaradıcılıq üzrə müşaviri vəzifəsində də çalışacaq. 

Kanaldan “Olay”a verilən məlumata görə, bu addım televiziyanın inkişafı üçün mühüm bir addımdır.

Anar “Kanal S”in verilişlərinə yaradıcılıq töhfəsi, layihələrin peşəkarlığı, zənginliyi üçün öz qərarlarını verəcək. Eyni zamanda yeni layihələrin hazırlanması, aparıcıların cəlb olunmasında da onun məsləhətləri vacib olacaq. 

Qeyd edək ki, ARB televiziyasında bu vəzifəni Xoşqədəm Baxşəliyeva yerinə yetirir. 

Xatırladaq ki, Anar Ağakişiyev həm də 2012-2013-cü illərdə “Kanal S”də “Dəbin hökmü” verilişinin layihə rəhbəri və aparıcısı olub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir