Bakı şəhəri, Üzeyir Hacıbəyli 7 ünvanında yerləşən tarixi memarlıq nümunəsi qəzalı vəziyyətdədir.
Mədəniyyət Nazirliyinin memarlıq abidəsi sırasına daxil olan bina 1897-ci ildə inşa olunub.
Binanın divarları uçqun vəziyyətdədir, eyvanları isə tamamilə tökülüb.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirildi ki, bu ərazilərdə təmirə ehtiyacı olan yaşayış binalarında təmir işləri mərhələli şəkildə aparılır. Qeyd edildi ki, sözügedən binanın da təmiri nəzərdə tutulub və tezliklə işlərə başlanılacaq.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.RIA24.az