“Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlının vəziyyəti ağırdır”.
Oxu.Az xəbər verir ki, nasir ötən gündən xəstəxanaya yerləşdirilib.
Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Oxu.Az-a açıqlamasında məlumatı təsdiqləyib:
“Xalq yazıçısı Mövlüd Süleymanlı beyininə qan sızma (insult) diaqnozu ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabildir. Onun klinikada müalicəsi xüsusi nəzarət altında aparılır”.
Nəzrin Vahid
www.RIA24.az