Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkilir – FOTO

Mədəniyyət


“Emmy”nin 10 mükafatına sahib olan “Çernobıl” serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək.

Bildirilir ki, filmdə baş rolu “Saltburn” və “The Banshee of İnisherin” filmlərinin ulduzu Barry Keogan canlandıracaq. O, diktatorun məhkəməsi və sonrakı edamından əvvəl bir neçə ay Hüseyni mühafizə edən amerikalı əsgəri canlandıracaq.

Film Uill Bardenverperin “Öz sarayının məhbusu: Səddam Hüseyn, onun amerikalı mühafizəçiləri və tarixin danışılmamış qalanları” (“The Prisoner in His Palace: Saddam Hussein, His American Guards, and What History Leaves Unsaid”) kitabının sərbəst adaptasiyası olacaq.

“Amo Səddam” adlı filmin çəkilişlərinin payızda başlaması planlaşdırılır, premyeranın 2025-ci ildən tez olmayacağı ehtimal edilir.

Yohan Renk 2006-cı ildə Bağdad hisslərini başqa müharibə filmlərindəki stereotiplərdən istifadə etmədən orijinal şəkildə çatdırmağı planlaşdırır.

Mənbə: The Hollywood Reporter

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir