Aktrisa Monika Belluççi məşhur “Vogue” jurnalının mart sayının siması olub.
Məlumata görə, 59 yaşlı xanım jurnalın üz qabığı üçün foto çəkdirib. Onun əynində xardal rəngli üst geyimi, belində isə sıx bağlanmış kəmər olub.
Məşhur xanım görünüşünü qızıl üzüklə tamamlayıb. Vizajistlər ona qara kölgələr və qəhvəyi dodaq boyası çəkərək yüngül makiyaj ediblər.
Çəkilişin müəllifi Parisdə yaşayan italyan əsilli fotoqraf Paolo Roversidir.
Qeyd edək ki, Monika Belluççi rejissor Tim Burtonla münasibətdədir. Məşhurların sevgisi haqqında şayiələr 2023-cü ilin fevralında ortaya çıxıb.
Mənbə: Gazeta.ru
www.RIA24.az