Böyük Britaniyanın məşhur idman telekanalı “Sky Sports” rəsmi “Instagram” səhifəsindəki paylaşımlarından birində Azərbaycan mahnısından istifadə edib.
Oxu.Az xəbər verir ki, söhbət Azərbaycanın dünyaca məşhur mahnısı olan “Cücələrim”dən gedir.
Belə ki, telekanal Almaniyanın “Bayer 04” komandasının futbolçusu Qranit Cakanın “Maynz”ın qapısına vurduğu qoldan sonra yaşadığı sevincini sözügedən mahnısın sədaları altında paylaşıb.
Xatırladaq ki, Bundesliqanın XXIII turu çərçivəsində keçirilən “Bayer 04” – “Maynz” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı açan Q.Cakanın qolu qədər qol sevinci də gündəm olub. Oyunda baxımlı qola imza atan futbolçu qol vurduqdan sonra özünü zədələnmiş kimi göstərib. Ona bu “tamaşa”da komanda yoldaşları da kömək olublar. Futbolçunun zədələndiyini düşünən baş məşqçi Xabi Alonso və həkimlər briqadası olduqca narahat olsalar da, həqiqəti öyrəndikdən sonra onların da simasında gülüş yaranıb.
www.RIA24.az