“Azərbaycanfilm”i xilas etməliyik”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor Əli İsa Cabbarov AKİ və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransında deyib.
O, “Azərbaycanfilm”i itirmək təhlükəsinin olduğunu qeyd edib:
“Biz gecikirik. Təcili tədbirlər görməliyik. Biz istehsalata baxmalıyıq. “Azərbaycanfilm”i itirmək təhlükəsindəyik. 2 ildir ki, istehsalat yox səviyyəsindədir. Bugünkü iclasın gündəliyi təşkilat komitəsi tərəfindən müzakirə olunub”.
AKİ-nin katibi bu gün qələbə günü olduğunu bildirib: “Kino Agentliyinin köməyə ehtiyacı var. İttifaqlar birləşib ona dəstək olmalıdır”.
Nəzrin Vahid
www.RIA24.az