“Səsvermə şəraiti bərabər deyil”.
Oxu.Az xəbər verir ki, bunu kinorejissor Oqtay Mirqasımov Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransında deyib.
O.Mirqasımov ittifaqların birləşməsi və yeni sədr seçilməsi ilə bağlı səsvermənin əleyhinə olduğunu qeyd edib:
“Birləşmə dağıdıcı proses ola bilər. Səbəb sadədir. Səsvermə bərabər deyil. Yuxarı orqanlara müraciət etmişik. Bu, çox şübhəli məsələdir”.
Bundan sonra kinorejissor konfrans zalını tərk edib.
Nəzrin Vahid
www.RIA24.az