“Bakı Payızı” müsabiqəsinin bəzi iştirakçıları məşhur “Golden Arts Entertainment” musiqi şirkəti ilə müqavilə imzalayıblar.
Hazırda bu musiqiçilər öz yaradıcılıq potensiallarını üzə çıxarmaq və dünya səhnəsində çıxış etmək imkanı əldə etmək üçün fəal çalışırlar.
Gənc istedadlar ingilis, fransız, italyan, ispan və rus dillərində dünyanın ən məşhur kompozisiyalarını ifa etməklə bu musiqi parçalarına kliplər çəkdirirlər.
Xoreoqraf Ellada Süleymanova iştirakçılardan razı qaldığını, onların böyük ümidlər vəd etdiyini bildirib:
“Uşaqların hamısı əladır. Onlarla işləməkdən çox razıyam. Böyük ümidlər vəd edirlər. Mən əminəm ki, bu, yeni format olacaq. Biz onların təkcə vokal deyil, həm də xoreoqrafik qabiliyyətlərini göstərəcəyik. Bu, əla olacaq”.
Ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az