“Təhminə”ni səsləndirən Əməkdar artist: “Mənə xəbərdarlıq etdi ki, özünü itirmə, söyüş söyməlisən”

Mədəniyyət




“Təhminə” filmi həyatımda ikinci bir ajiotaj, səs-küy yaratdı. Rasim Ocaqov Təhminəni səsləndirməyə məni özü dəvət etdi. Biz işləməyə başlayanda mənə xəbərdarlıq etdi ki, bax, burada elə səhnələr var ki, özünü itirmə, söyüş söyməlisən, bu, roldur, bunu demək lazımdır”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Nəcibə Hüseynova deyib.

O daha sonra bildirib ki, uzun müddət tamaşaçılar bu səsin kimə məxsus olduğunu bilməyiblər.

“Heç kim bilmirdi ki, Meral Konratı kim səsləndirib. Mən də buna çox sakit, səsləndirdiyim filmlərdən biri kimi yanaşmışam. Amma sonra radioda verilişlərdən birinə məni dəvət etdilər. Aparıcı Zaur Kamal idi. Arada fasilələrdə anons verirdi ki, çox maraqlı açıqlamalar olacaq, bizdən ayrılmayın. Mən də fikir vermirdim ki, nədən danışır. Birdən-birə dedi ki, bu gün biz bir sirrin üstünü açacağıq. Növbəti anons vaxtı dedi ki, Təhminə rolunu səsləndirən Nəcibə xanım qonağımızdır. Mən efir vaxtı şoka düşdüm ki, bu necə bilir? Mən hələ də bilmirəm ki, o bu xəbəri haradan öyrənmişdi? Bunu radioda elan edəndən sonra kim verilişə qulaq asmışdısa hamı bildi. Amma indiyə qədər bilməyənlər də var”, – deyə aktrisa söyləyib.

Qeyd edək ki, “Təhminə” filmi 1993-cü ildə çəkilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir