“Bulaq” verilişinin əvəzsiz aparıcısı: Xalq artisti Məhluqə Sadıqovanın anadan olmasından 107 il ötür – FOTO

Mədəniyyət




Bu gün Xalq artisti, aktrisa Məhluqə Sadıqovanın anadan olmasından 107 il ötür.

Oxu.Az xəbər verir ki, “Bulaq” verilişinin aparıcısı olmuş aktrisa teatrda da yaddaqalan obrazlar canlandırıb.

Bunlara Pəri, Yaxşı, Gülüş, Turac, Sona və digərlərini misal göstərmək olar.

Məhluqə Sadıqova 1917-ci il aprelin 28-də Şuşa şəhərində anadan olub. Yaradıcılıq fəaliyyətinə 1936-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayan aktrisa ömrünün 60 ildən artıq bir dövrünü bu sənət ocağı ilə bağlayıb.

Məhluqə Sadıqova “Oqtay Eloğlu”, “Solğun çiçəklər”, “Almaz”, “Sevil”, “Dönüş”, “1905-ci ildə”, “Göy quş”, “Skapenin kələkləri”, “Pəri cadu”, “Vaqif”, “Fərhad və Şirin”, “Xanlar”, “Günahsız müqəssirlər”, “Şeyx Sənan”, “Qış nağılı”, “Vanya dayı”, “Şeytanın şagirdi”, “Nazirin xanımı”, “Lənkəran xanının vəziri”, “Qadın faciəsi”, “Yalan”, “Atayevlər ailəsi”, “Şöhrət və ya unudulan adam” və digər səhnə əsərlərində obrazlar yaradıb.

O, 40 ildən çox Azərbaycan radiosunda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub, özünün dərin təsir gücünə malik, emosional və bənzərsiz səsi sayəsində tükənməz xəzinə olan xalq yaradıcılığını Azərbaycan dinləyicisinə sevdirməsi ilə yaddaşlarda silinməz iz qoyub.

O, 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir