İranda səkkiz il müddətinə azadlıqdan məhrum edilən məşhur kinorejissor Məhəmməd Rəsulof gizli şəkildə İranı tərk edərək Avropaya gedib.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə o özünün “Instagram” hesabında paylaşım edib və ölkədən çıxmasına kömək edənlərə təşəkkürünü bildirib.
O, Avropanın hansı ölkəsində olduğunu açıqlamayıb.
Rejissor bildirib ki, bundan sonra İranın coğrafi sərhədlərində olmasa belə, İranın mədəni sakini olaraq qalır.
Xatırladaq ki, mayın 8-də Tehranın İnqilab Məhkəməsi Berlin Film Festivalının qalibi olan rejissoru tənqidi film çəkdiyi üçün həbs cəzasına məhkum edib və həmin filmin ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə hazırlandığını iddia edib.
www.RIA24.az