“Niyə boğazına qədər qan içində?”: III Çarlzın yeni portreti sosial şəbəkəni dəhşətə gətirdi – FOTO/VİDEO

Mədəniyyət




Britaniya kralı III Çarlzın tacqoymasının birinci ildönümü münasibətilə Bukingem Sarayı onun monarx kimi ilk rəsmi portretini təqdim edib.

Rəsmin müəllifi Conatan Yeo  olub. Yeni portretdə Əlahəzrət 1975-ci ildə polkovnik olduğu Uels Qvardiyasının geyimində göstərilir. Rəsm Londondakı “Drapers Hall”da sərgilənəcək.

Ancaq qırmızının bütün çalarlarının əks olunduğu portret qeyri-adi rəng sxeminə görə çoxlarının xoşuna gəlməyib. Böyük Britaniyada yeni kralın taxta çıxması ilə yeni dövrün başlanğıcını vurğulamalı olan qeyri-standart bədii qərar internetdə tənqid olunub. Bir çoxları əsərin onlarda dəhşət hissi yaratdığını, kralın isə iblisə bənzədiyini deyib, digərləri portretin kralın “boğazına qədər qana batdığı” assosiasiyası yaratdığını deyiblər.

Mənbə: stars.glavred.info

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir