Bakı dünya kino mütəxəssislərini bir araya gətirəcək

Mədəniyyət

Bakı.Trend:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan
Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Yaradıcı Həftə
2025 çərçivəsində “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı
6–12 oktyabr tarixlərində baş tutacaq.

Trend xəbər
verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) tərəfdaşlığı
ilə təşkil olunan festival dünyanın müxtəlif ölkələrindən kino
istehsalçılarını, prodüserləri və kino həvəskarlarını bir araya
gətirəcək. Tədbir çərçivəsində 3000-ə yaxın yerli və xarici qonaq
qəbul ediləcək, yaradıcı dialoq, birgə istehsal imkanları və kino
sənayesində əməkdaşlıq üçün geniş platforma yaradılacaq. “Baku
Cinema Breeze” festivalı mədəni əməkdaşlıq üçün yeni imkanlar
açacaq.

Məlumata görə, festivalın əsas məqsədi Azərbaycanın regionda
mədəni mübadilə və kino sahəsində beynəlxalq əməkdaşlıqların
qurulduğu mühüm mərkəzə çevrilməsinə töhfə verməkdir.




“Baku Cinema Breeze” çərçivəsində:
* Şərq Ölkələrinin Film Marketi,
* II “ATA” Türk Dünyası Animasiya Festivalı,
* İslam Ölkələrinin Kino Günləri,
* “CinemaTalks” panel müzakirələri təşkil olunacaq.

Qeyd edilib ki, opayızda keçiriləcək bu festival ölkəmizin
mədəni həyatında önəmli hadisələrdən biri olmaqla, bütün
sənətsevərlərin maraqla izləyəcəyi kino bayramına çevriləcək.

Əlavə məlumat üçün: www.bakucinemabreeze.az