
Bakı.Trend:
Şair Məmməd İsmayıl Tovuz rayonunda dəfn olunub.
Trend xəbər verir ki, Əsrik Cırdaxan kəndindəki evində
vida mərasimindən sonra Məmməd İsmayılın nəşi kənd
qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Azərbaycan
SSR-in Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya gəlib.
1957-ci ildə Əsrik Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə
Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ
Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu
bitirib. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsi,
2013-cü ildə Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində
professor ünvanı alıb
Son illərdə Məmməd İsmayılın səhhətindəki problem daha
da kəskinləşib. Sonuncu dəfə bir neçə gün əvvəl vəziyyəti yenidən
ağırlaşaraq xəstəxanalardan birinə yerləşdirilən şair avqustun
19-da orada vəfat edib.