“Xəyanətin yox, bir mərdimazarın şantajının qurbanı oldum, o vicdansız məxluq öz cəzasını alacaq”

Mədəniyyət

“Düzdür, bizi ayırmaq istədilər. Hətta 10 ildə çoxları çalışdı ki, bizi ayırsın. Amma təəssüf, ayrılığımıza sevinənləri üzəcəyik. Biz ayrılmamışıq! İnşallah, bir ömürboyu ayrılmarıq”.

Bu sözləri son günlər həyat yoldaşı Anaradan boşanması xəbəri ilə gündəmə gələn müğənni Samir Piriyev bildirib. Sənətçi xanımı ilə barışdıqlarını söyləyib: 

“Səhvsiz insan yoxdur, mən xəyanətin yox, sadəcə bir mərdimazarın şantajının qurbanı oldum. Ümid edirəm ki, o vicdansız məxluq öz cəzasını qanunla alacaq. Mən isə xoşbəxtəm. Ona görə ki, həyatımda Anara kimi yoldaşım, üç gözəl balam və ailəm var”.

Qeyd edək ki, bir müddət əvvəl özünü Samirin sevgilisi kimi təqdim edən qadın ifaçının evinə gedərək xanımı Anaraya hücum edərək xəsarət yetirib. 

Samirin Anara ilə evlilikdən iki, ilk nikahından isə bir övladı var. (axşam.az)

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir