Məşhur musiqiçi Medvedevin avtoqrafını geri qaytardı

Dünya Mədəniyyət

“Deep Purple” qrupunun klaviş ustası Don Eyri Moskvanın Ukraynadakı hərbi əməliyyatına etiraz olaraq Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin avtoqrafını geri qaytarıb.

Bu barədə rok qrupunun “Twitter” səhifəsində yerləşdirilmiş mesajda deyilir.

“Mən indicə Dmitri Medvedevə yazdım. Onun Qorki sarayında 2011-ci ilin martında “Deep Purple” şərəfinə şam yeməyində mənə təqdim etdiyi avtoqrafı geri qaytararaq verdiyi açıqlamalara etiraz etdim”, – 73 yaşlı pianoçu yazıb.

O, həmçinin qrupun 20 il əvvəl Xarkovdakı konsertini xatırlayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir