Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçimi ilə bağlı idarə heyətinin ümumi iclası 31 may tarixində keçiriləcək.
Bu barədə APA-ya ittifaqın katibi Baba Vəziroğlu məlumat verib.
Qeyd edək ki, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatından sonra Xalq artisti Rasim Balayev AKİ-nin sədrliyinə namizəd kimi təqdim olunub və idarə heyəti Rasim Balayevin namizədliyini yekdilliklə təsdiq edib.
www.RIA24.az