“Azad olunan ərazilərdəki abidələrin monitorinqi hələ də davam edir. Çünki ərazilər minalıdır. Amma monitorinqlər aparılır”.
“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Şuşada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq xeyli sayda tarix-mədəniyyət abidələri aşkarlanıb:
“Reyestrdə olan 706 abidədən 404-ü aşkar etmişik. Bundan başqa, azad olunan ərazilərdə 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkarlanıb. Məlumatlar əldə olunandan sonra abidələr təsnifatlaşdırılır və dağıdılma dərəcəsinə və əhəmiyyətinə görə prioritetləşdirilir. Bundan sonra bərpa və ya konservasiya mərhələsi olacaq”.
www.RIA24.az