Bu gün Bakıda 30 ildən sonra “Karvan” qrupunun “Əfsanə qayıdır” adlı konsert proqramı baş tutub.
Oxu.Az xəbər verir ki, “Karvan” qrupu sevilən ifaları ilə illər sonra izləyicilərin qarşısında çıxış edib.
Gecədə qrupun “Qara gözlər”, “Tufanla oynama”, “Sarı güllər”, “Polismen” və s. mahnıları ifa olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, kosert sabah da davam edəcək.
www.RIA24.az