Nazirlik: “Müşfiqin doğulduğu evin bərpası mümkün deyil” – FOTO

Mədəniyyət

“Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin Bakı şəhərində vaxtilə yaşamış olduğu evin bərpasına köməklik göstərilməsi barədə şəhər sakinləri tərəfindən də Mədəniyyət Nazirliyinə müraciətlər ünvanlanıb”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bununla əlaqədar nazirlik tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub, lakin cavab olaraq bildirilib ki, bərpası nəzərdə tutulan ev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 mart tarixli, 56 saylı Qərarına əsasən Bakı şəhərində torpaq sürüşməsi təhlükəsi hesab olunan ərazidə – “2-ci Nərimanov prospekti döngəsi sürüşmə sahəsi”ndə yerləşir.

“Həmçinin qeyd olunub ki, sürüşmə təhlükəsi olan həmin ərazidə yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin söküntü işləri aparılır. Bu səbəbdən qeyd olunan ərazidə muzey yaradılması və ya abidə ucaldılması məqsədəuyğun hesab edilməyib”, – məlumatda vurğulanır.

Qeyd edək ki, sosial şəbəkələrdə Mikayıl Müşfiqin doğulduğu evin yerləşdiyi ərazinin fotoları yayılıb və həmin əraziyə lövhə qoyulub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir