Bakıda azadlığın, mübarizliyin simvolu sökülür? – FOTOREPORTAJ

Mədəniyyət

Yasamal rayonu, metronun “Nizami” metro stansiyası yaxınlığında yerləşən “Azad qadın” heykəlinin ətrafında təmir-bərpa işləri aparılır.

Artıq bir müddətdir ki, heykəlin ətrafı hasara alınıb, söküntü işlərinə başlanılıb. Belə bir fikir yaranmışdı ki, heykəli sökürlər. 

Oxu.Az-ın məlumatına görə isə sözügedən abidənin ətrafı tam abadlaşdırılacaq.

“Azad qadın” heykəlinin ətrafındakı mərmər daşların bərpa edilərək pandus düzəldilməsi planlaşdırılır.

Abidə heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən hazırlanıb. 1960-cı ildə paytaxtın Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılmış monumental heykəldir. 

Heykəl Cəfər Cabbarlının “Sevil” pyesindən ilhamlanaraq hazırlanıb.

Çadradan azad olma, Azərbaycan qadınının tənqid və sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai həyatında iştirak, təhsil alma və işləmə hüququnu ifadə edir.

Abidənin daşıdığı ideyadan bəhs edərkən Fuad Əbdürrəhmanov deyir:

“Azərbaycan qadınının azadlığı ideyası məni çoxdan özünə cəlb edirdi. Heykəl üzərində işə başlayarkən nədənsə kölgələrə ilişmiş qartal təsəvvür eləyirdim. O çabalayır və nəhayət ki, azadlığa çıxır. Bir saniyə də keçir və o, yüksələrək günəşli səmaya can atır”.

Daha çox şəkil burada: Photostock.az

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir