Ledi Qaqa “Coker”in davamında iştirak üçün danışıqlar aparır – FOTO

Mədəniyyət

Müğənni-aktrisa Ledi Qaqa rejissor Todd Fillipsin çəkdiyi “Joker: İki nəfər üçün dəlilik” (“Joker: Folie à Deux”) sikvelində çəkilmək üçün danışıqlar aparır.

Mənbələr bildirir ki, Qaqa Cokerin keçmiş psixoterapevti, sonradan cinayətkarın tərəfdarına çevrilən Harli Kvinn roluna hazırlaşır.

Bundan əlavə, “Coker”in davamının müzikl olacağı barədə məlumatlar var.

Yeri gəlmişkən, “Joker: İki nəfər üçün dəlilik” sikvelində “Harli Kvinn” obrazı Marqo Robbinin “İntiharçılar dəstəsi”nin (“Suicide Squad”) iki hissəsində canlandırdığı obrazdan, eləcə də spin-offdan fərqli olacaq.

O da qeyd edilir ki, Ledi Qaqanın iştirakı ilə bağlı məlumat hələlik nə studiya, nə də müğənninin nümayəndələri tərəfindən təsdiqlənib.

Mənbə: THR

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir