Qala divarları üzərində “Z” hərfinin yazılması məsələsinə RƏSMİ REAKSİYA

Mədəniyyət

13 iyun 2022-ci il tarixində kütləvi informasiya vasitələrində İçərişəhərin Qala divarları üzərində vandalizm aktı törədildiyi barədə məlumatlar yayılıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Oxu.Az-a bildirilib ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir.

Belə ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində qeyd olunan yazı Qala divarlarının üzərində deyil, 1-ci Qəsr döngəsi 84 ünvanında yerləşən fərdi yaşayış evinin qapısı üzərində yazılıb və bununla da İçərişəhərin heç bir abidəsinə zərər yetirilməyib.

Hadisəni törədən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxs barəsində aidiyyəti üzrə tədbirlər görülüb.

Xatırladaq ki, bu gün bir sıra kütləvi informasiya vasitələrində “İçərişəhər” DTMQ qala divarında Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”na dəstəyin rəmzi olan “Z” hərfi çəkildiyi bildirilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir