Məşhur türkiyəli aktyor Burak Özçivit Bakıya səfər edəcək.
Oxu.Az-ın xəbərinə görə, “Kuruluş Osman” serialında rol alan sənətçi Bakıya iyulun 2-də təşkil olunacaq kikboksinq turniri ilə bağlı gələcək.
Onu “Kuruluş Osman”da rol alan kikboksçu Zabit Səmədov müşayiət edəcək.
Qeyd edək ki, iyulun 2-də Türkiyənin “Loca” döyüş klubunun təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində azərbaycanlı və türkiyəli kikboksçuların əcnəbi idmançılara qarşı döyüş gecəsi baş tutacaq.
Səbuhi Musa
www.RIA24.az