Dövlət tərəfindən qorunan ərazi dağıdılıb? – RƏSMİ REAKSİYA + VİDEO

Mədəniyyət

Sosial şəbəkələrdə yayılan görüntülər bir neçə ay əvvəl olub və tərəfimizdən yerli icra orqanlarına rəsmi müraciət ünvanlanıb.

Bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, Dövlət Xidməti görüntülərlə bağlı araşdırmanı davam etdirir:

“İstənilən halda, Dövlət Xidməti hazırda görüntülər barədə araşdırma aparır”.

O bildirib ki, “Kurqan çölü” (inv. № 500) və “Türkan yaşayış yeri” (inv. № 500) abidələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyəli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb:

“Həmçinin həmin ərazidə yeni aşkar olunmuş “Qədim araba yolunun qalıqları” abidəsi də Dövlət Xidməti tərəfindən mühafizə edilir. Eyni zamanda, kompleksə təhlükə yarada biləcək müdaxilələrin qarşısının alınması üçün Dövlət Xidməti tərəfindən yerli icra hakimiyyəti strukturlarına mütəmadi olaraq rəsmi qaydada müraciətlər edilib”.

Sektor müdiri onu da vurğulayıb ki, Mədəniyyət Nazirliyi tərəfindən “Qədim araba yolları”nın mühafizə zonası hazırlanıb:

“Kurqan çölü” və “Türkan yaşayış yeri” abidələri də araba yollarının mühafizə zonasına daxildir”.

Qeyd edək ki, bir neçə gündür, sosial şəbəkələrdə sözügedən abidələrə zərər vurulması ilə bağlı görüntülər yayılıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir