CNN-də Azərbaycanın milli rəqsi “Yallı” barədə məqalə dərc edilib

Mədəniyyət

“Azərbaycan xalq rəqsinin şedevri olan “Yallı” təkcə adi rəqs deyil, həm də Azərbaycan xalqının xüsusiyyətlərinin – cəsarətinin, birliyinin, həmrəyliyinin rəmzidir”.

“Report” xəbər verir ki, bu barədə “CNN Greece”də Azərbaycanın milli rəqsi haqqında dərc edilən məqalədə bildirilir.

Məqalədə deyilir ki, ənənəvi qrup rəqsi olan “Yallı” Azərbaycan mədəniyyətinin incisi və ən qədim forması hesab olunur:

“Bu rəqs Azərbaycan xalqının keçmişinin, bu gününün və milli adət-ənənələrinin ifadəsidir. Əsrlər boyu nəsildən-nəslə ötürülən bu xalq irsinin bu günə qədər qorunub saxlanılması üçün böyük səylər tələb olunur”.

Qeyd olunur ki, ekspertlərin fikrincə, Azərbaycanda “Yallı”nın “Köçəri”, “Uçayaq”, “Tello”, “Tənzərə” və “Qaladan-qalaya” daxil olmaqla, mindən çox növü var. Naxçıvanın ənənəvi qrup rəqsləri (“Köçəri”, “Tənzərə”) UNESCO-nun qeyri-maddi mədəni İrs Siyahısına daxil edilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir