Elvis Preslinin uşaqlıqda qaldığı ev sökülmüş halda hərraca çıxarılacaq – FOTO

Mədəniyyət

ABŞ-ın Missisipi ştatında əfsanəvi müğənni və aktyor Elvis Preslinin uşaqlıqda yaşadığı ev hərracda satılacaq.

Məlumata görə korifey 1943-1944-cü illərdə valideynləri ilə orada yaşayıb.

Ev avqust ayında hərraca çıxarılacaq. Binanın ilkin qiyməti 30-50 min dollar arasında dəyişir.

Qeyd edək ki, ev sökülmüş vəziyyətdədir: 2017-ci ildə bina səliqə ilə sökülüb və treylerə yığılıb. Əvvəlcə binanın dağıdılması və ərazidə başqa bir obyektin tikilməsi düşünülürdü, lakin kolleksionerlər evi aldılar.

Yeni sahib montaj təsvirləri daxil olmaqla tam dəsti əldə edəcək. Yığılmış halda mənzil 117 kvadratmetrə çatır, içəridə üç yataq otağı var.

Mənbə: New York Post

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir