“Bəlli olduğu kimi, “Media haqqında” qanun qəbul olunub və buna uyğun müvafiq işlər gedir. Məhz bunların fonunda Auidovizual Şuranın fəaliyyətində xüsusi canlanma hiss edilir”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, ümumiyyətlə bu, çox genişspektrli sahədir.
“Bu sahə geniş auditoriyanı əhatə edir. Təbii ki, hamı hər şeydən razı qala bilməz. Amma ümumi olaraq iş gedir və hesab edirəm ki, yeni qəbul olunan qanunun tələblərinə uyğun olaraq bu Şura öz işini günün tələbləri səviyyəsində qurur”, – deyə Vüqar İskəndərov əlavə edib.
Onun sözlərinə görə, Şura səmərəli fəaliyyəti ilə yeni çağırışlara cavab verir və Azərbaycan bu sahədə dünyanın öncül ölkələrindən birinə çevrilir.
www.RIA24.az