Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı 28 fevral 2022-ci il tarixində “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edib.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İtifaqı məlumat yayıb.
Bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd müasir cəmiyyətimizin bütün kataklizmlərinin ilk növbədə qadın talelərində əks olunduğunu, sosial və iqtisadi problemlərin daha çox qadınlara zərbə vurduğunu, Qarabağ savaşının gətirdiyi bəlaların, o cümlədən şanlı qələbəmizin əldə edilməsində Azərbaycan qadınının misilsiz rolunu, müstəqillik illərində kinomuzda parlaq qadın obrazlarının azlığını nəzərə alaraq, kinematoqrafiyamızda müasir Azərbaycan qadın qəhrəmanlarının yaradılması işinin təşviq edilməsindən ibarətdir idi.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, müsabiqəyə qatılan ssenarilərin həm kəmiyyəti, həm də keyfiyyəti onlar üçün xoş sürpriz olub. Toplanan ssenarilər ən azı cəmiyyətimizn durumu haqda unikal bir sosioloji təhqiqatdır. Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyi bütün iştirakçılara minnətdarlığını bildirir və yorulmadan ssenari yaradıcılıqlarını davam etməyə çağırır.
Qeyd edək ki, 15 may 2022-ci il tarixinə qədər müsabiqəyə 100 müəllifdən 107 ssenari qəbul edilmişdi. Bu gün, Azərbaycan Kinematoqrafçılar İttifaqı 20 nəfər finalçıları təntənəli elan edir. Qaliblər və münsif heyətinin tərkibi 1 avqust tarixində elan ediləcək. Finala qalan ssenariləri əlifba sırası ilə təqdim edirik.
“Anam, bacım, qız-gəlin”- Mirsadıq Ağazadə
“Çiyələyin dadı”- Arzuman Mirzəsoy
“Dilbər” – Orxan Məmmədli
“Doğma ana” – Pərviz Məmmədov
“Elen”-Reyhan İsayev
“Həyatdan kənar” – Esmira Əyyub
“Xəzərin sahilində gilavara qarşı” – Türkan Hüseynova
“Qar əriyəndə” – Lalə Əliyeva
“Qonşular nə deyər” – Leyla Nəsibli
“Murka” – Emin Əfəndiyev
“Neçəyədir?” – Günel Şamilqızı-Bağıyeva
“Ortada tək” – İlqar Quliyev
“On yeddi oktyabr” – Hacı Səfərov
“Soyumuş çaylar” – Leyla Nəsibli
“Səhər,axşam,gecə və yenə də səhər” – Elçin Arifoğlu
“Sinqapura qar yağmır” – Leyla Atayeva
“Sahildə” – Türkan Hüseynova
“Tikan” – Əli Səttar Quliyev
“Yaxşıyam” – Səbinə Cəfərova
“Zənbil” – Mirmehdi Ağaoğlu və Mətləb Muxtarov
www.RIA24.az