Gənc, şən və hazırcavab: Bu gün Anar Məmmədxanovun doğum günüdür

Mədəniyyət

Bu gün ictimai xadim, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun (ŞHK) keçmiş kapitanı, Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı olmuş Anar Məmmədxanovun doğum günüdür.

O, 1970-ci ildə Bakı şəhərində anadan olub.

1987-ci ildə Bakı şəhərindəki 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti – red.) Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə ali məktəbi bitirib.

Anar Məmmədxanov Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi.

1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.

1992-ci ildə ŞHK Ali liqanın çempionu, 1993-cü il ŞHK Ali liqanın finalçısı, ŞHK Yay kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandasının turnirinin çempionu (2000) olub.

Anar Məmmədxanov Azərbaycan tarixində ən gənc deputat olub. Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı seçilib.

2011-ci il aprelin 23-də infarkt səbəbindən dünyasını dəyişən Anar Məmmədxanovun Məryəm, İslam və Mədinə adlı 3 övladı qalıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir