Deputat: “Tez sağal, Bəhram!”

Gündəm Mədəniyyət

“Bəhram Bağırzadənin ağır formada koronavirus diaqnozu ilə reanimasiyaya yerləşdirilməsi xəbərindən pis oldum”.

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə sosial şəbəkə hesabında yazıb.

Millət vəkili qeyd edib ki, KVN dalğasında tanınan bu insan hər zaman pozitiv, insansevər və vətənpərvər çıxışları ilə xalqın sevimlisinə çevrilə bilib.

“Tez sağal, Bəhram! Dualarımız səninlədir”, – deyə A.Mirzəzadə əlavə edib.

Qeyd edək ki, koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti kəskin pisləşib. O, iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90 faizdən çox ağciyər toxumasının zədələndiyi müəyyən olunub. 

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir