Azər Zahidin dostumdur deyib təhqir etdiyi qazi DANIŞDI: “Üzr istəməlidir” – YENİLƏNİB + VİDEO

Mədəniyyət

Teleaparıcı Azər İsmayılovun (Azər Zahid) qeyri-etik ifadə işlətdiyi qazi Amil Əliyev açıqlama verib. 

A.Əliyev Manset.az-a açıqlamasında bildirib ki, A.İsmayılov ondan üzr istəməlidir:

“İki gündür telefonlarımız susmur. Hər yerdən zəng edirlər. Azərin həmin sözü dediyini sonradan videoda görmüşəm, külək idi deyə eşitməmişəm. Azər mənə 1530 manat pul verib. Azər gəlsin, mənə desin ki, bilməmişəm, söz ağzımdan çıxıb. Üzr istəsin və həmin videonu paylaşsın, camaat da görsün ki, səhvini düzəltdi. Özümə zəng etməyib”. 

Amil Əliyev bildirib ki, onun gözünün müalicəsi var, amma bunun üçün müəyyən vəsait lazımdır:

“Mənim verilişlərə çıxmağıma bir səbəb var. İki ildir evdəyəm. Bilirəm ki, xarici ölkələrdə gözümün müalicəsi var, buynuzlu qişa olarsa, gözümün biri görə bilər. Mənim efirə, canlılara çıxmağa nə istəyim, nə marağım yoxdur. Özümü göstərmək fikrində deyiləm”.

14:32

Aparıcı Azər Zahid sosial şəbəkədə yayılan videoda əlil qazini təhqir etməsi xəbərinə münasibət bildirib.

Azər Zahid Teleqraf.com-a açıqlamasında yayılan xəbərlərin əsassız olduğunu deyib:

“Videonun çox qısa hissəsini paylaşıblar, görüntünü 10 gün əvvəl “TikTok” platformasında paylaşmışam. Videonu başqa cür montaj edib, təqdim ediblər. Bu gün bunu yayan “trol” qruplarının səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim edəcəyəm.

Haqqımda video da paylaşırlar ki, Azər ölüb, döyüblər və sair. Bu haqda da açıqlama verəcəm. Üç qazimizə öz cibimdən 1 600 manat pul vermişəm. Bu da bəzi insanlara xoş gəlmir. Qazi dostumdur. Onun üçün əlimdən gələni edəcəm. Bizim o qardaşla şəxsi zarafatımız var”.

Qeyd edək ki, videoda Azər Zahidin gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə pul verərkən “sən onsuz da saya bilməyəcəksən” dediyi əks olunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir