Əməkdar artist: “Karantində ayağım iflic oldu” – VİDEO

Mədəniyyət

“Karantində ayağım iflic oldu”.

Bu sözləri Əməkdar artist Nicat Kazımov ARB televiziyasında yayımlanan “Hüseynova bacıları” axşam şousunda qonaq olarkən deyib.

Aktyor bağda əkin işləri zamanı sağ ayağının iflic olduğunu bildirib:

“Karantinin əsas və vacib şərti evdə qalmaqdır. Hər zaman işdə, məşqlərdə və çəkilişlərdə olan sənətçi üçün evdə qalmaq çətin və müşkül məsələdir. Bekar qaldığımdan qayınatamın bağında ağac, şitil əkməyə başladım.

Ayağım gücə düşdüyü üçün iflic oldu. Sağ ayağımı tərpədə bilmirdim. Dedilər ki, müalicəsi çətindir. Zamanında həkim müdaxiləsi olmasa, ağrılar çoxalır və xroniki hal alır.

Uzun müddət fizioterapiyadan keçdim. Bir az kökəldim. Ayağımı bir-birinin üzərinə aşırıb, oturmaq olmaz”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir