Ledi Qaqanın “Coker” filmindəki roluna görə qonorarı açıqlandı – FOTO/VİDEO

Mədəniyyət

Müğənni Ledi Qaqa Xoakin Fennikslə iştirak etdiyi “Coker” (“Joker”) filminin sikvelində Harli Kvinn roluna görə 10 milyon dollar alacaq. Baş rol ifaçısı isə Qaqadan iki dəfə çox alacaq: onun qonorarı 20 milyon dollardır.

Filmin rejissoru Todd Hovard da eyni məbləğdə qazanacaq. Ümumilikdə, filminin ikinci hissəsinin istehsalı “Warner Bros.”ə 150 milyon dollara başa gələcək. Psixoloji dramın davamı “Coker: İki nəfər üçün dəlilik” (“Joker: Folie à Deux”) adlanacaq.

Sikvelin müzikl janrında lentə alınacağı, hadisələr isə Arkhem ruhi xəstəxanasında cərəyan edəcəyi bildirilir.

Filmin istehsalına 2022-ci ilin dekabrında başlanacağı gözlənilir.

Süjetə görə, Coker psixiatrik həbsxanadan qaçacaq və həmçinin özü kimi dəlisov Harli Quinnlə rastlaşacaq.

Mənbə: Variety

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir