Muğam ustadı Alim Qasımovun 65 yaşı tamam olub.
Bizim.Media-ya açıqlama verən sənətkar doğum gününü dağda qeyd etdiyini söyləyib.
“Bir sənətkar üçün bu yaş çoxdur, yoxsa az, ustad bu yaşda özünün necə hiss edir?” sualına cavabda Alim Qasımov deyib ki, o ancaq illərin haqq-hesabıdır:
“Yaşa gələndə əsas məsələ ruhdur, ruhun hansı yaşdadırsa, özünü necə hiss edirsə, sən də ona tabe olursan”.
Alim Qasımovun fikrincə, bu yaşda insana, sənətkara ailənin və xalqın sevgisindən qeyri heç nə lazım deyil:
“65 yaşımı da ailəmin əhatəsində, muğamsevərlərin sevgisi ilə qeyd etdim. Qaçıb dağ başına çıxmışam, burada da məni tapıb təbrik edirsiniz, xoş sözlər deyirsiniz, bundan başqa insan nə istəyə bilər? Hamıya təşəkkür edirəm. Ad günümü elə burada, Şamaxıda, amma heç soruşmayın harasında, haradırsa dağ başıdır, ailəmlə qeyd etdim. Təmtərağı sevməyən adamam, xoş günləri təbiətdə keçirərlər”.
www.RIA24.az