“Təhminə və Zaur” filmindən hamının yaxşı tanıdığı və “Spartak” kimi minlərlə tamaşaçının sevimlisi olan Əməkdar artist Füzuli Hüseynovun 60 yaşı tamam olub.
Yubilyar Qaynarinfo-ya bu əziz günündə qanının qara olduğunu deyib:
“Anam xəstədir, bir az dilxoram, indi rayona onun yanına gedirəm. Bu gün doğum günümdür, 60 yaşım tamam olur. Baxıram və deyirəm ki, adam bu qədər yaşamazdı. Yaman çox yaşadıq. 60 il yaşamaq olar? Düzdür, bu yaşda subay olanlar da var”.
60 illik yubileyinin keçirilib-keçirilməyəcəyinə gəlincə, aktyor ona bununla bağlı Akademik Milli Dram Teatrından hər hansı məlumatın verilmədiyini bildirib:
“Hər kəsə can sağlığı arzulayıram. Həyatda bircə arzum var, canım sağ olsun, heç kəsə möhtac olmayım”.
www.RIA24.az