Azərbaycanda 14 ölkənin iştirakı ilə Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalı keçiriləcək – VİDEO

Mədəniyyət

Azərbaycanda 14 ölkənin iştirakı ilə Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalı keçiriləcək.

Bu barədə mədəniyyət naziri Anar Kərimov “Twitter” hesabında məlumat verib.

Nazir qeyd edib ki, beynəlxalq festival 18-26 sentyabrda təşkil olunacaq. Festivalda 14 ölkədən musiqiçilər iştirak edəcək. Avstriya, Bolqarıstan, Almaniya, Gürcüstan, Fransa, Macarıstan, Yaponiya, Qazaxıstan, Norveç, Rusiya, Cənubi Koreya, Türkiyə, ABŞ, habelə yerli musiqiçilər Bakı, Gəncə, Bərdə, Ağcabədidə və Şuşada çıxış edəcəklər.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir