“Milan”ın müdafiəçisi Teo Hernandesin evi qarət edilib. Hadisə futbolçunun Kassano Maqnaqodakı villasında baş verib.
Bu zaman Hernandes özü olmasa da, sevgilisi Zoi Kristofoli və cütlüyün altı aylıq oğlu mənzildə olub.
Məlumata görə, qara kombinezonlu dörd silahlı basqınçı qiymətli əşyaları götürüblər.
Dəymiş ziyanın 1 milyon avro təşkil etdiyi bildirilir. Polis hadisə ilə bağlı araşdırma aparır, müşahidə kameralarının qeydlərini öyrənir.
Xatırladaq ki, Teo Hernandes 2019-cu ildən “Milan”da çıxış edir. 25 yaşlı müdafiəçi bu mövsüm “A” Seriyasında doqquz oyuna çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.
Mənbə: La Gazzetta dello Sport
www.RIA24.az