İlham Əliyev və Ərdoğan arasında maraqlı qayçı dialoqu: Türkiyə prezidentinin qeyri-adi muzeyi – VİDEO

Maraqlı

Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsərkən iki ölkənin liderləri arasında maraqlı dialoq yaşanıb. 

Belə ki, Türkiyə Prezidenti lenti kəsmək üçün istifadə olunan qayçının qızıldan olub-olmadığını soruşub. 

Prezident İlham Əliyev isə qeyd edib ki, siz lenti kəsdikdən sonra qayçı qızıldan da qiymətli olacaq. 

Həmin süjeti təqdim edirik:

Məsələnin maraqlı tərəfi isə odur ki, R.T.Ərdoğan açılışında iştirak etdiyi obyektlərdə istifadə etdiyi qayçıları yığırmış. R.T.Ərdoğanın topladığı qayçıların sayı o qədər çox olub ki, həmin qayçılardan və kəsilən lentlərdən Türkiyədə muzey yaradılıb. Yəqin ki, R.T.Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında istifadə etdiyi qayçı da sözügedən muzeydə eksponat olaraq sərgilənəcək. 

Həmin muzeydən hazırlanmış reportajı təqdim edirik: 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir