“Greenpeace” nümayəndələri Avropada şəxsi təyyarə uçuşlarına qadağa qoymaqla bağlı çağırış ediblər. Təbiəti mühafizə edənlərin fikrincə, bu tədbir iqlimə olan mənfi təsiri xeyli azaldacaq.
Belə ki, “Greenpeace”in sifarişi ilə “CE Deft” konsaltinq şirkəti araşdırma aparıb. Məlum olub ki, 2022-ci ilin əvvəlindən Niderlandda biznes təyyarələri ilə 16 mindən çox uçuş həyata keçirilib. Şəxsi təyyarələrin qət etdiyi orta məsafə 1180 kilometrə çatır. Ancaq bu uçuşların 11 faizi 250 kilometrdən, 35 faizi isə 500 kilometrdən az məsafəyə uçuş həyata keçirib.
“CE Deft” bildirib ki, şəxsi təyyarələrdən uzaqlaşma karbon emissiyalarını 80 faiz azaldacaq.
Mənbə: Lenta.ru
www.RIA24.az