Böyük Britaniya Kralı III Çarlza qarşı “sui-qəsd cəhdi” olub. Ancaq hücum özünə yox, “Madam Tüsso” muzeyindəki mum fiquruna qarşı olub.
Bu barədə aksiyanı həyata keçirən “Just Stop Oil” qrupunun fəalları özlərinin “Twitter” hesablarında məlumat veriblər.
Bildirilir ki, etirazçılar Kral III Çarlzın mum fiquruna şokoladlı tort atıblar. Bundan sonra şüarlar və çağırışlar səsləndirməyə başlayıblar. Qeyd olunur ki, bu yolla fəallar neft və qaz hasilatı üçün bütün yeni lisenziyaların və razılıqların dayandırılmasını tələb ediblər.
Mənbə: “Shot” “Telegram” kanalı
www.RIA24.az