İlon Mask “Twitter”lə bağlı mətbuata sızan planlarını təkzib etdi – FOTO/VİDEO

Maraqlı

Amerikalı milyarder İlon Mask “Twitter”lə bağlı mətbuata sızan planlarını təkzib edib. Belə ki, o, “Twitter” işçiləri ilə görüşdə şirkətin satın alınacağı təqdirdə onların əksəriyyətini işdən çıxarmaq niyyətində olmadığını bildirib.

Bundan əvvəl “The Washington Post” qəzeti amerikalı sahibkarın “Twitter”i 44 milyard dollara almasından sonra işçilərin sayını 75 faiz azaltmaq niyyətində olduğunu bildirmişdi. Eyni zamanda aydınlaşdırılıb ki, sövdələşmə baş tutmasa belə, şirkət irimiqyaslı ixtisarlara məruz qalmalıdır.

Qeyd edək ki, amerikalı milyarder “Twitter” sosial şəbəkəsini aldığını elan edib. Bunun üçün o, çox orijinal üsul seçib. Belə ki, profilinin adını “Chief Twit” olaraq dəyişdirib.

“Tesla” və “SpaceX”in qurucusu daha sonra əlində əlüzyuyan çanağı ilə şirkətin qərargahını gəzdiyini göstərən qısa video yayımlayıb. O, videonu söz oyunu əsasında köhnə mem olan “let that sink in” ifadəsi ilə payaşıb. Bu ifadə həm “bu barədə fikirləş və bunu anlayarsan”, həm də “bu çanağa girməyə izin ver” mənasını daşıyır. Eyni zamanda, orijinal memlərdə ifadə, Maskın videosunda olduğu kimi, hər iki mənada istifadə edilib.

Mənbə: Bloomberg

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir