Gözəllik salonunda ehtiyatlı olun: Ömürlük dərmana düçar ola bilərsiniz – FOTO

Maraqlı

Gözəllik salonuna gedən qadın gündəlik baxım prosesindən sonra ölümdən qayıdıb. Hadisə Hindistanın Heydərabad şəhərində baş verib.

Məlumata görə, qadın saçını kəsdirdikdən sonra özündə qəribə simptomlar hiss edib: başı fırlanıb, ürəyi bulanıb. O, yeməkdən zəhərləndiyini düşünərək qastroenteroloqa müraciət edib. Lakin qadının həzm sistemində heç bir problem tapılmayıb. Onu müayinə edən həkim qadını nevropatoloqa yönləndirib.

Nevropatoloq Sudhir Kumar isə pasiyentin düzgün olmayan yerişini dərhal görüb və onun insult keçirdiyini ehtimal edib. Xəstə dərhal MRT-yə göndərilir. MRT yoxlanışı zamanı qadının beyin damarlarında qan laxtaları müəyyən edilir.

Məlum olub ki, saçları yuyularkən qadının başını əl-üz yuyulan çanağa əyməsi onu bu vəziyyətə gətirib çıxarıb.

“Qadının vertebral arteriyası nazik idi və onun sıxılması beyinə qan tədarükünün yavaşlamasına səbəb olub”, – deyə həkim bildirib.

Tibb işçisinin sözlərinə görə bu, “gözəllik salonu sindromu” kimi tanınan nadir xəstəlikdir.

Qadına qan dövranının bərpası üçün dərmanlar yazılıb. Bu preparatları isə o, ömrünün sonuna qədər qəbul etməli olacaq.

Mənbə: Lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir