Marsda dalğası planetin bütün səthinə yayılan zəlzələ qeydə alınıb – FOTO

Maraqlı

Kaliforniya Universitetinin astronomları “InSight” eniş aparatı və NASA-nın “Mars Reconnaissance Orbiter” (MRO) cihazından istifadə edərək Marsın seysmik dalğalarını qeydə ala biliblər.

Bu barədə “Science” jurnalında məqalə dərc olunub.

Bildirilir ki, seysmometr quraşdırılan “InSight” kosmik gəmisi 4 bal gücündə böyük seysmik hadisəni qeydə alıb.

Alimlərin fikrincə, zəlzələ 2021-ci ilin dekabrında Marsın səthinə meteorit zərbəsi nəticəsində baş verib. Maraqlıdır ki, bu indiyədək müşahidə olunan təkanlardan fərqli olub – zəlzələdən yaranan seysmik dalğa bütün planetin səthinə yayılıb.

Alimlərin fikrincə, belə səth dalğaları Marsın qabığının strukturunu öyrənməyə kömək edir.

Gələcəkdə alimlər əldə edilən məlumatlar əsasında Marsın qabığının formalaşması və qalınlığının modelini yaratmağı planlaşdırırlar.

Mənbə: Gazeta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir