Dominikana yollanan 21 yaşlı amerikalı qadın təyyarədə uşaq dünyaya gətirib.
Məlumata görə, doğuş sancısının başladığını görən Kendriya Roden bu barədə stüardessaya bildirib. Heyət üzvləri onu dərhal təyyarənin quyruq hissəsinə aparıblar, pilot isə səsgücləndirici ilə ekipajın həkimə ehtiyacı olduğunu bildirib. Xoşbəxtlikdən, təyyarədə dörd həkim olub.
Artıq 20 dəqiqədən sonra sağlam körpə ananın qucağında idi. Uşağa Skaylen adı verilib.
Təyyarə təcili eniş edib, körpə və anası ən yaxın xəstəxanaya yerləşdiriliblər. Həkimlər gənc qadının və uşağın vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.
Mənbə: Gazeta.ru
www.RIA24.az